Tovuz, Ağstafa və Qazaxın içməli su təminatına 24 milyon manat xərclənəcək

Tovuz, Ağstafa və Qazaxın içməli su təminatına 24 milyon manat xərclənəcək
# 21 sentyabr 2022 15:51 (UTC +04:00)

“Azərsu” ASC Tovuz, Ağstafa və Qazax rayonlarının bir sıra sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması üzrə tenderə yekun vurub.

"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “T.T.Ş. İnşaat” MMC seçilib.

“Azərsu” ASC-nin şirkətlə bağladığı müqavilənin dəyəri 23 milyon 740 min 789 manat təşkil edib. Müqaviləyə əsasən, “T.T.Ş. İnşaat” gələn ilin sonuna kimi sözügedən kəndlərinin içməli su təminatı ilə bağlı işləri yekunlaşdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR