"Xəzər Lada"nın maliyyə vəziyyəti məlum olub

"Xəzər Lada"nın maliyyə vəziyyəti məlum olub
# 23 aprel 2022 10:32 (UTC +04:00)

Rusiyanın "AvtoVaz" şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı "Xəzər Lada" ASC 2021-ci il üzrə hesabatını açıqlayıb.

"APA-Economics" şirkətə istinadən xəbər verir ki, ASC-nin xalis mənfəəti ötən il 29,5% artaraq 504 min manat olub. 2020-ci ili isə "Xəzər Lada" 389 min manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri (satışdan gəlirlər) 25,969 milyon manat təşkil edib ki, bu da 2020-ci ilə nisbətən 40,3% artım deməkdir.

Qeyd edək ki, 2020-ci ildə bu göstərici 18,505 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR