“Yelo Bank”ın xalis mənfəəti 2,2 dəfə azalıb

“Yelo Bank”ın xalis mənfəəti 2,2 dəfə azalıb
# 26 yanvar 2023 17:26 (UTC +04:00)

“Yelo Bank” 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.

APA-Economics” “Yelo Bank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın 2022-ci ildə xalis mənfəəti 2.2 dəfə azalaraq 5 mln. 228 min. manat olub. Qeyd edək ki, bank 2021-ci ildə 11 mln. 733 min manat xalis mənfəət açıqlamışdı.

31 dekabr 2022-ci il tarixinə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 36% və ya 22 mln. 935 min manat artaraq 86 mln.523 min manata, faiz xərcləri 66.6% və ya 13 mln. 67 min manat artaraq 32 mln. 693 min manata çatıb. Xalis faiz gəlirləri dövr üzrə 22.4% və ya 9 mln. 869 min manat artaraq 53 mln. 830 min manata bərabər olub.

Bankın əməliyyat mənfəəti ötən il 673.5 min. manat təşkil edib. 2021-ci ildə əməliyyat xərcləri əməliyyat gəlirlərini üstələdiyi üçün əməliyyat zərəri 1 mln. 593 min. manata bərabər olub. Ardıcıl olaraq “Yelo Bank”ın həm 2021, həmdə 2022-ci illər üzrə məfəət vergi ödəmələri olmayıb.

Hesabat dövründə, bankın ümumi kredit portfeli (müştərilərə verilmiş kredit) 39.4% və ya 175 mln. 911 min manat artaraq 648 mln. 948 min manat təşkil edib. İstehlak kreditlərinin həcmi 37.6% və ya 41 mln. 896 min manat artaraq 153 mln. 448 min manat, biznes kreditlərinin həcmi 53.1% və ya 137 mln. 339 min artaraq 396 mln. manat, daşınmaz əmlak kreditlərinin həcmi isə 4.4% və ya 3 mln. 325 min manat azalaraq 72 mln. 498 min manat təşkil edib.

Hesabat dövründə, “Yelo Bank”ın ümumi depozitləri 2021-ci ilə nəzərən 62.3% və ya 219 mln. 661 min artaraq 572 mln. 300 min manat olub. Hüquqi şəxslərin depozitləri 2.8 dəfə və ya 87 mln. 694 min manat artaraq 136 mln. 435 min manata, fiziki şəxslərin depozitləri isə 43.4% və ya 131 mln. 966 min artaraq 435 mln. 864 min manat olub.

Bu ilin yanvarın 1-nə “Yelo Bank”ın cəmi aktivləri 2021-ci illə müqayisədə 53.4% və ya 287 mln. 814 min manat artaraq 821 mln. 535 min manata bərabər olub. Bankın öhdəliklərinin həcmi isə 60% və ya 280 mln. 321 min manat artaraq 745 mln. 266 min manat olub.

Hesabat dövründə, bankın cəmi kapitali 10% artaraq 76 mln. 269 min manat təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR