ABŞ iqtisadiyyatı “Böyük depressiya”dan bəri ən kəskin resessiyaya məruz qalıb

ABŞ iqtisadiyyatı “Böyük depressiya”dan bəri ən kəskin resessiyaya məruz qalıb
# 30 iyul 2020 17:40 (UTC +04:00)

2020-ci ilin II rübündə ABŞ iqtisadiyyatı illik müqayisədə rekord 32,9% səviyyəsində azalaraq, ölkənin 1947-ci ildən başladığı hesablamalar tarixində ən kəskin azalma ilə üzləşib.

"APA-Economics"in ABŞ-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ilin I rübündə ölkə iqtisadiyyatı 5% azalıb. Kəskin resessiyaya COVID-19 pandemiyasının iqtisadi aktivliyi azaltması və müxtəlif bazarlarda tələbin kəskin aşağı düşməsi səbəb olub.

Qeyd edək ki, eniş yaşayan iqtisadiyyatla yanaşı ABŞ-da işsizlik də artır. Ölkənin Əmək Departamentinin məlumatına görə, işsizlik üzrə müavinətlər üçün müraciətlərin sayı ötən həftə 1,434 milyona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR