AİB-in Mərkəzi və Qərbi Asiya üzrə yeni regional direktoru təyin olunub

AİB-in Mərkəzi və Qərbi Asiya üzrə yeni regional direktoru təyin olunub
  • Clock-gray 10:33
  • calendar-gray 15 Yanvar 2021

Asiya İnkişaf Bankı (AİB) Qazaxıstan vətəndaşı olan Yevgeni Jukovu Azərbaycanın da daxil olduğu Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru vəzifəsinə təyin edib.

"APA-Economics"in AİB-ə istindən verdiyi məlumata görə, Y. Jukov bu vəzifədə bankda 30 il işləmiş Verner Lipaxı əvəz edib. Jukov AİB-in sözügedən regionda yerləşən 10 ölkəsinin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Pakistan, Əfqanıstan) işinə rəhbərlik edəcək. Bu region üzrə bankın ümumi portfeli 24 mlrd. ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Jukov 10 ölkə nümayəndəliyini 7 sektor üzrə idarə edəcək: enerji; ətraf mühit, təbii sərvətlər və kənd təsərrüfatı; ictimai idarəetməsi, maliyyə sektoru və ticarət; regional əməkdaşlıq və əməliyyat koordinasiyası; sosial; nəqliyyat və rabitə; şəhərsalma və su infrastrukturu.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər