AMB: FSAP çərçivəsində müəyyən proqramların icrasına artıq başlanılıb

AMB: FSAP çərçivəsində müəyyən proqramların icrasına artıq başlanılıb
# 29 dekabr 2020 09:39 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilә birgə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program – FSAP) çәrçivәsindә Azərbaycanın kapital vә sığorta sektorlarının inkişafı üzrә beynәlxalq ekspertlәrin iştirakı ilә spesifik proqramlar hazırlayıb vә onların icrasına artıq başlanılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Qeyd olunub ki, maliyyә sektorunun başlıca ekosistem problemlәrinin hәlli üçün hökumәtlә sıx koordinasiya tәmin olunacaq.

Qeyd edək ki, Dünya Bankı FSAP çərçivəsində yer alacaq İnkişaf Moduluna rəhbərlik edəcək. Modul, maliyyə sabitliyi də daxil olmaqla, maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR