AMB sədri: “Əminik ki, manatın bütün ərazimizdə işləməsi təmin olunacaq”

AMB sədri: “Əminik ki, manatın bütün ərazimizdə işləməsi təmin olunacaq”
# 24 dekabr 2020 12:27 (UTC +04:00)

“Əminik ki, bütün ərazimizdə manatın işləməsi təmin olunacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, qeyri-müəyyən şəraitdə çevik qərarlar vermək qarşımızda duran əsas məsələdir: “Azərbaycan qələbənin təsiri ilə özünün intibah dövrünü yaşayacaq. Ölkəmiz həmin ərazilərin inkişaf etdirilməsi ilə özünün beynəlxalq nüfuzunu daha da gücləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR