ARDNF valyuta hərraclarında iyulda 515,5 milyon dollar satıb

ARDNF valyuta hərraclarında iyulda 515,5 milyon dollar satıb
  • Clock-gray 12:04
  • calendar-gray 04 Avqust 2020

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

APA-Economics” bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, iyulda valyuta satışında iyun ayı ilə müqayisədə 38% artım qeydə alınıb. Belə ki, 2020-ci ilin iyun  ayı ərzində ARDNF tərəfindən 373,2  mln. ABŞ dolları məbləğində vəsait satılıb. 

Bildirək ki, bu ilin yanvar-iyul aylarında ARDNF tərəfindən 4 525,7  mln. dollar məbləğində vəsait satılıb.

 

 

 

 

 

 

 

APA-Economics

Digər xəbərlər