Avronun dollara qarşı məzənnəsi dördaylıq maksimuma çatıb

Avronun dollara qarşı məzənnəsi dördaylıq maksimuma çatıb
# 15 iyul 2020 12:21 (UTC +04:00)

Avropa İttifaqının bir çox ölkəsinin COVID-19 pandemiyasına qarşı stimullaşdırıcı paketinin qəbul edəcəyi ümidləri fonunda bu gün avronun ABŞ dollarına qarşı məzənnəsi dördaylıq maksimuma çataraq 1,14 dollar təşkil edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, son aylar ərzində dolların məzənnəsi virusa qarşı vaksinin düzəldilməsi xəbərləri və ABŞ-da inflyasiyanın artımı fonunda nisbətən stabil idi.

Qeyd edək ki, hazırda dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1440 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR