Avropa Komissiyası Aİ-nin vahid bazarına çıxışı ödənişli edə bilər

Avropa Komissiyası Aİ-nin vahid bazarına çıxışı ödənişli edə bilər
# 01 iyun 2020 15:27 (UTC +04:00)

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) vahid bazarına çıxışına görə 70 min şirkətə ödəniş tətbiq edə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə “Financial Times”a Aİ-nin büdcə üzrə komissarı Yohannes Hann bildirib.

Onun sözlərinə görə, bu ödənişin COVID-19 pandemiyasının təsirindən iqtisadi bərpa proqramını maliyyələşdirməsinə yönəlməsi nəzərdə tutulur.

Y. Hann qeyd edib ki, hazırda Avropa Komissiyasına 750 mlrd. avro (833 mlrd. ABŞ dolları) həcmində yardım planının bir hissəsi kimi götürəcəyi borcların xidmət edilməsi üçün yeni gəlir mənbələri yoxdur və bu, yeni gəlir mənbələrinin zərurətini yaradır.

Onun sözlərinə görə, sözügedən ödənişlər bu məsələdə hazırda mövcud olmayan alternativ gəlir mənbəyi rolunu oynayacaq.

Y. Hann əlavə edib ki, bu ödənişlər Avropada qlobal satışları 750 mln. avrodan çox olan 70 min şirkətə aid olacaq və ödəniş şirkətin miqyasından asılı olacaq: "Biz 2027-ci ilin sonuna qədər özümüzə aid olan yeni resursların büdcəmizə axınını təmin etməyə çalışırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR