Avropa Mərkəzi Bankı Avrozona iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb

Avropa Mərkəzi Bankı Avrozona iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb
# 10 sentyabr 2020 18:45 (UTC +04:00)

Avropa Mərkəzi Bankı cari il üçün Avrozonada real ÜDM-in azalma tempi üzrə proqnozunu iyundakı 8,7%-dən 8%-ə endirib.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Mərkəzi Bankı sədri Kristin Laqard (Christine Lagarde) bildirib.

Proqnozlara görə, 2021-ci ildə Avrozona iqtisadiyyatı 5,2%, 2022-ci ildə isə 3,3% artacaq.

İyun ayında tənzimləyici Avrozona iqtisadiyyatının bu il 8,7% azalacağını, növbəti ildə 5,2%, 2022-ci ildə isə 3,3% artacağını proqnozlaşdırırdı.

İnflyasiya üzrə gözləntilərə gəldikdə, 2020-ci il üzrə Avrozonada istehlak qiymətləri proqnozu dəyişməz qalıb – 0,3% səviyyəsində, 2021-ci ildə bu göstəricinin 1% (əvvəlki proqnoz 0,8% olub), 2022-ci ildə isə 1,3%-ə yüksələcəyi gözlənilir (proqnoz saxlanılıb).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR