"AzerGold"un ümumi kapitalı kəskin artıb

"AzerGold"un ümumi kapitalı kəskin artıb
# 01 iyul 2020 17:32 (UTC +04:00)

Ötən il "AzerGold" QSC-nin ümumi kapitalı 27 571 988 ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 18 328 517 dollar və ya 198% çoxdur.

Bu barədə "APA-Economics" QSC-nin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ümumi kapitalın artması cari ilin xalis mənfəəti (12 446 164 dollar) hesabına, habelə dövlət tərəfindən 5 882 353 dollar (10 mln. manat həcmində) nizamnamə kapitalının artırılmasına əsaslanır.

Xatırladaq ki, 2019-cu ilin sonuna Cəmiyyətin səhm kapitalı 7 178 953 dollar olub (2018-ci ildə 1 296 600 dollar).

Aktivlərin gəlirlilik indikatoru (ROA) dövr üzrə xalis mənfəətin cəmi aktivlərə olan nisbəti ilə hesablanır. Bu indikator şirkətin ümumi aktivlərinə nisbətən nə qədər qazanclı olduğunun göstəricisidir. Bu nisbət nə qədər yüksək olarsa, deməli aktivlər bir o qədər daha səmərəli şəkildə idarə olunur və müəssisə mövcud resurslardan optimal səviyyədə mənfəət əldə edir.

Hesabatda həmçinin qeyd olunub ki, QSC üzrə aktivlərin gəlirlilik indikatoru 2019-cu ildə artaraq 11% olub, 2018-ci ildə isə bu göstərici 7%-ə bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR