Azərbaycan əhalisinin bank əmanətləri ilin əvvəlindən 3%-dək artıb

Azərbaycan əhalisinin bank əmanətləri ilin əvvəlindən 3%-dək artıb
# 29 mart 2021 13:03 (UTC +04:00)

Bu ilin mart ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 379,9 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 2,3% artıb, ötən ilin eyni dövrünə nisbətən isə bu göstərici 3,6% azalıb.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə isə bu göstərici 2,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR