Azərbaycan iqtisadiyyatı yanvarda 2,4% artıb

Azərbaycan iqtisadiyyatı yanvarda 2,4% artıb
  • Clock-gray 18:05
  • calendar-gray 17 Fevral 2020

Bu ilin yanvar ayında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi 6 520,2 mln. manat təşkil edib və əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9% artıb, neft-qaz sektorunda isə 0,7% azalıb.

ÜDM istehsalının 44,2%-i sənaye, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,6%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə sahələrinin, 19%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub.

APA-Economics

Digər xəbərlər