Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərdən istifadə azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərdən istifadə azalıb
  • Clock-gray 13:30
  • calendar-gray 21 Avqust 2020

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi azalaraq 6,2%-ə enib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz bəndi azdır.

Rəsmi statistikaya əsasən, bu ilin  yanvar-iyul ayları ərzində əsas kapitala yönəldilən bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azalaraq 466,3 mln. manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 588,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4 533,0 mln. manat, büdcə vəsaitləri 1 666,7 mln. manat, bank kreditləri 466,3 mln. manat, əhalinin şəxsi vəsaitləri 440,8 mln. manat, sair vəsaitlər 319,9 mln. manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 161,6 mln. manat təşkil edib.

APA-Economics

Digər xəbərlər