Azərbaycan ötən ay şəkər ixracını azaldıb

Azərbaycan ötən ay şəkər ixracını azaldıb
# 25 fevral 2020 16:27 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan 1 156,8 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 44,5% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin yanvar ayında 511,4 min dollarlıq şəkər ixrac olunub ki, bu da ötən eyni ayı ilə müqayisədə 47,8% azdır. Yanvarda şəkərin ümumi ixracda xüsusi çəkisi 0,02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi 0,36%-ə bərabər olub.

Qeyd edək ki, ötən il ölkədə 26 880,1 min dollarlıq 62 068,4 ton şəkər istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə həcm mənasında 40,8%, dəyər mənasında isə 7,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR