Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi açıqlanıb

Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi açıqlanıb
# 31 mart 2021 10:58 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 50,5 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% azalıb.

Cari ilin fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 25,5 mln. manatlıq əməliyyat aparıblar ki, bu da yanvar ayı ilə müqayisədə 2% çoxdur.

Qeyd edək ki, bu ilin ilk iki ayında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR