Azərbaycana gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib

Azərbaycana gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib
# 17 fevral 2020 22:02 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisinə gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib.

APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər və meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin hər litri üçün 2 manat aksiz dərəcəsi tətbiq edilib.

Dəyişikliyə əsasən, ölkəyə idxal edilən energetik içkilərin hər litri üçün vahid aksiz dərəcəsi – 3.1 manat tətbiq olunacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR