Azərbaycana tütün məmulatlarının idxalı 26,6% azalıb

Azərbaycana tütün məmulatlarının idxalı 26,6% azalıb
# 14 avqust 2020 14:26 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkəyə 46 053,88 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 741,6 min dollar və ya 26,6% azdır.

Qeyd edək ki, bu ilin yeddi ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,78%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR