Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi yanvarda azalıb

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi yanvarda azalıb
# 28 fevral 2020 12:10 (UTC +04:00)

Bu il fevralın 1-nə Azərbaycanda əhalinin banklarda əmanətlərinin həcmi 8 588,5 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Əhalinin əmanətlərinin həcmi illik müqayisədə 512,6 mln. manat və ya 6,4% artıb. Aylıq müqayisədə isə bank əmanətlərinin həcmində 49,4 mln. manat və ya 0,57% azalma qeydə alınıb.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixinə bank əmanətlərinin həcmi 8 637,9 mln. manat, təşkil edib.

Xatırladaq ki, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi tətbiq olunmağa başlayıb. Ötən il bu sistemin tətbiqi 1 il də uzadıldığından onun qüvvədə olma müddəti artıq bu ilin 4 martında bitir.

Belə ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-ci il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR