Azərbaycanda könüllü tibbi sığorta bazarı 8%-dək artıb

Azərbaycanda könüllü tibbi sığorta bazarı 8%-dək artıb
# 02 dekabr 2020 15:17 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 87 387,2 min manat sığorta haqqı toplanıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,9% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 50 832,5 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR