Azərbaycanda muzdlu içşilərin maaşı ötən ilin on bir ayında 15,4% artıb

Azərbaycanda muzdlu içşilərin maaşı ötən ilin on bir ayında 15,4% artıb
# 21 yanvar 2020 18:41 (UTC +04:00)

2019-cu ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR