Azərbaycanda orta aylıq nominal əməkhaqqı yanvar-avqustda 21%-dək artıb

Azərbaycanda orta aylıq nominal əməkhaqqı yanvar-avqustda 21%-dək artıb
# 14 oktyabr 2020 12:04 (UTC +04:00)

Bu ilin sentyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 59,8 min nəfər və ya 3,7% artaraq 1 670,9 min nəfər olub, onlardan 902,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

“Muzdla işləyənlərin 19,4%-i təhsil, 18,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i tikinti, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub”, - məlumatda deyilir.

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5% artaraq 710,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR