Azərbaycanda platinin qiyməti altıillik maksimuma çatıb

Azərbaycanda platinin qiyməti altıillik maksimuma çatıb
# 16 fevral 2021 14:57 (UTC +04:00)

Bu gün Azərbaycanda platinin qiyməti 4,2% artaraq bir unsiyaya görə 1 333,83 ABŞ dolları təşkil edib ki, bu da son altı ildən bir qədər artıq müddətdə qeydə alınmış ən yüksək göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə platinin bundan yüksək dəyəri 2014-cü ilin 24 sentyabr tarixində qeydə alınıb (1 337 dollar).

Qeyd edək ki, dünya bazarlarında platinin bahalaşması iqtisadi nikbinlik fonunda müşahidə olunur. Belə ki, son 6 ildə platinin dəyəri maksimuma çatıb. Nyu-Yorkun "Comex" birjasında platinin fyuçərslərinin dəyəri bü gün saat 09:23-də 1,05% artaraq 1 326,5 dollara çatıb. Treyderlərin ümidlərinin artması dünyada peyvəndlərin yayılması ilə bağlıdır və bu trend xammala olan tələbatın artmasına səbəb olub.

Xatırladaq ki, təkcə bu ilin əvvəlindən sözügedən qiymətli metalın dəyəri 25,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 37,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR