Azərbaycanda sığorta şirkətlərinin sayı azalıb

Azərbaycanda sığorta şirkətlərinin sayı azalıb
# 05 yanvar 2021 14:05 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “AXA MBASK” və “Amrah Sığorta” şirkətlərinin lisensziyalarını ləvğ edib.

"APA-Economics"in AMB-ə istinadən verdiyi məlumata görə, bununla da AMB-nin siyahısında ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 22-dən 20-yə enib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında "Amrah Sığorta"nın sığorta haqqları 1 982 min manat, sığorta ödənişləri isə 809 min manat təşkil edib. "AXA MBASK"da isə bu göstəricilər müvafiq olaraq 6 min manat və 627 min manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR