Azərbaycanda xarici kapitallı bankların kredit portfeli illik 7,7% artıb

Azərbaycanda xarici kapitallı bankların kredit portfeli illik 7,7% artıb
  • Clock-gray 11:41
  • calendar-gray 06 İyun 2020

Azərbaycanda xarici kapitallı özəl bankların kredit portfeli 1 may 2020-ci il tarixinə 3 562,2 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu göstərici aprelin 1-i ilə müqayisədə 2,9% az, ötən il mayın 1-nə nisbətən isə 7,7% çoxdur.

Xatırladaq ki, bu il mayın 1-nə ölkədə bankların cəmi kredit portfeli 14 742,2 mln. manat, o cümlədən biznes kreditlərinin həcmi 9 086,2 mln. manat, istehlak kreditlərinin həcmi 3 813,6 mln. manat, ipoteka kreditlərinin həcmi 1 842,4 mln. manat təşkil edib. Qeyri-bank kredit təşkilatları tərəfindən kreditləşmənin həcmi isə hesabat dövrünə 404,7 mln. manat olub.

Nərmin Rəhimova

Digər xəbərlər