Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsində 2,8 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsində 2,8 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 19 iyun 2020 11:30 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4 504 762,9 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 1 313 597,4 min dollar və ya 22,6% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 24,3% azalaraq 3 648 135,3 min dollar, idxalın həcmi isə 14,1% azalaraq 856 627,6 min dollar təşkil edib.

Cari ilin ilk beş ayında 2 791 507,7 min dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 032 087,8 min dollar və ya 27% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR