Azərbaycanın bank sektorunun xalis mənfəəti 5%-dək azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 5%-dək azalıb
# 25 dekabr 2020 13:01 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın bank sektoru 548,1 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 4,91% azdır.

Banklar bu müddətdə 1 759,3 mln. manat həcmində faiz gəlirləri (1 393,6 mln. manat kreditlər üzrə faizlər), 590,8 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.

Bu müddətdə bankların faiz xərcləri 451,2 mln. manat (285,7 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 1 093,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR