Azərbaycanın bank sektorunun xalis mənfəəti kəskin artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti kəskin artıb
# 31 mart 2020 11:53 (UTC +04:00)

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral ayları ərzində 97,9 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın və ya 48,7 mln. manat artıb.

Hesabata əsasən, banklar bu müddətdə 334,0 mln. manat həcmində faiz gəlirləri (264,2 mln. manat kreditlər üzrə faizlər), 109,9 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.

Bu müddətdə bankların faiz xərcləri 92,4 mln. manat (64,9 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 193,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR