Azərbaycanın dövlət büdcəsinin icrasında 418 mln. manatlıq profisit yaranıb

Azərbaycanın dövlət büdcəsinin icrasında 418 mln. manatlıq profisit yaranıb
# 17 fevral 2020 18:10 (UTC +04:00)

2020-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 821,0 mln. manat, xərcləri 1 402,9 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Dövlət büdcəsinin gəlirləri ötən ilin eyni ayı ilə müqayisədə 13,7% azalıb, xərcləri isə 9,9% artıb. Büdcənin icrasında 418,1 mln. manatlıq və ya ÜDM-in 6,4%-i qədər profisit yaranıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 2 097,1 mln. manat, xərcləri 1 269,1 mln. manat təşkil edib, büdcənin icrasında 828 mln. manatlıq və ya ÜDM-in 14%-i qədər profisit yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR