Azərbaycanla İran arasında ticarət dövriyyəsi azalıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsi azalıb
# 19 avqust 2020 14:06 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın İranla apardığı ticarət mübadiləsinin həcmi 179 275,86 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk yeddi ayında Azərbaycandan İrana ixracın həcmi 20 787,61 min dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 18% azdır.

İdxalın həcmi isə 158 488,25 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək azalıb.

Nəticədə, hesabat dövründə 137 700,64 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,1 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR