BFB-də İKZF istiqrazlarının növbəti tranşı yerləşdirilib

BFB-də İKZF istiqrazlarının növbəti tranşı yerləşdirilib
# 01 oktyabr 2020 15:42 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun AZ2049008686 ISIN-li, 25 mln. manat həcmində, 7 200 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 25 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 6 aprel 2040-cı ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR