BVF: Azərbaycanın qazandığı təcrübə iqtisadi təzyiqləri yumşaltmağa kömək edir

BVF: Azərbaycanın qazandığı təcrübə iqtisadi təzyiqləri yumşaltmağa kömək edir
  • Clock-gray 17:29
  • calendar-gray 28 Aprel 2020

2015-ci ilin böhranından qazandığı böyük təcrübə sayəsində Azərbaycanın da daxil olduğu Qafqaz və Mərkəzi Asiya regionu ölkələri sonrakı davamlı iqtisadi təzyiqləri yumşaltmağa nail olublar.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Fondun onlayn video-konfransında "APA-Economics"in sorğusunu cavablandırırkən bildirib.

Onun sözlərinə görə, region ölkələri 2015-ci ildən bəri öz ehtiyatlarını artırıblar, bu da onlara indiki çətin vəziyyətdə güclü dəstək rolunu oynayır.

Hazırda COVID-19 pandemiyasından yaranan böhranın öhdəsindən gəlməyin prioritet olduğunu bildirən C. Azur daha sonra regionun bank sisteminin zəif nöqtələrini gücləndirməyin vacib olduğunu bildirib.

 

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər