Banklar bugünkü valyuta hərracında 55 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 55 mln. dollar cəlb edib
  • Clock-gray 12:44
  • calendar-gray 04 Avqust 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 55 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 9,1% və ya 5,5 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər