Banklar bugünkü valyuta hərracında 59 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 59 mln. dollar cəlb edib
  • Clock-gray 12:40
  • calendar-gray 06 Avqust 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 59,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 7,4% və ya 4,1 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər