"Bir Pəncərə" mərkəzi vasitəsilə qeyri-neft ixracı ötən il 30% artıb

"Bir Pəncərə" mərkəzi vasitəsilə qeyri-neft ixracı ötən il 30% artıb
# 29 yanvar 2021 11:30 (UTC +04:00)

2020-ci il ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 182,8 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019 ilin müvafiq göstəricisi ilə müqayisədə 30,2% çoxdur.

Bu ilin yanvar ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 8,8 mln. dollar olub ki, bu da noyabr ayı ilə müqayisədə 49,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR