"Bitcoin" 13%-dən çox ucuzlaşıb

"Bitcoin" 13%-dən çox ucuzlaşıb
# 11 yanvar 2021 10:04 (UTC +04:00)

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri son sutka ərzində 13,3% azalıb və hazırda sözügedən kriptovalyuta 34-35 min ABŞ dolları səviyyəsində ticarət olunur.

"APA-Economics"in "CoinMarketCap"a istinadən verdiyi məlumata görə, son yeddi gündə kriptovalyutanın dəyəri 6% artıb. Hazırda "Bitcoin"in kriptovalyuta bazarında dövriyyəsi 653,777 mlrd. dollar təşkil edir. Son 24 saatda "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi isə 90,185 mlrd. dollara çatıb.

Qeyd edək ki, son sutka ərzində "Bitcoin"in ən yüksək dəyəri 41 131,87 dollar, ən aşağı dəyəri isə 33 920,63 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR