"Deloitte" Avstraliyada işçilərin 7%-ni ixtisar edəcək

"Deloitte" Avstraliyada işçilərin 7%-ni ixtisar edəcək
# 22 iyun 2020 12:06 (UTC +04:00)

"Deloitte Australia" məsləhət və audit xidmətləri şirkəti işçi qüvvəsinin 7%-ni ixtisar edəcək və bununla da gəlirlərinin aşağı düşməsi fonunda xərcləri azaltmaq üçün ixtisarlara əl atan şirkətlər sırasına qoşulacaq.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, təkcə may ayında şirkətin gəlirləri 19% azalıb və "Deloitte Australia" bunda ölkədə tətbiq olunan sərt karantin rejimini günahlandırıb. Şirkətin rəsmilərinin fikrincə, izolyasiya səbəbindən səyahət və ictimai fəaliyyətin məhdudlaşdırılması "Deloitte Australia"nın gəlirlərində qeyd olunan mənfi dinamikanın ilin sonuna qədər davam edəcəyi ilə nəticələnəcək.

Qeyd edək ki, "Deloitte Australia" şirkətində 9 minə yaxın işçi çalışır. İxtisar nəticəsində 630 nəfər insan iş yerini tərk etməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR