Deputat xaricdən gətirilən qızılın ƏDV-dən azad edilməsinə qarşı çıxıb

Deputat xaricdən gətirilən qızılın ƏDV-dən azad edilməsinə qarşı çıxıb
# 01 fevral 2021 16:47 (UTC +04:00)

“Qızılı zəngin insanlar alır. Biz özümüz də qızıl istehsal edirik. Qeyri-neft sektorunda ixracatda bizdə birinci yerdə qızıl dayanır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat xaricdən gətirilən qızılın ƏDV-dən azad edilməsinə qarşı çıxıb: “Mülkiyyət növündən asılı olmayaraq, dövlət şirkəti, xarici şirkət və s. üçün hər hansı üstünlük tətbiq edilməməlidir. Qızılı biz ƏDV-dən azad etməməliyik. Pandemiya dövründə kifayət qədər insanımız onsuz da əziyyət çəkdi. Qonşu Gürcüstanda uşaq geyimləri, uşaq qidaları ƏDV-dən azaddır. Biz qızıl əvəzinə onları vergidən azad edək. Bizim ölkədə uşaqpulu verilmir. Gənc ailələrə heç olmasa, belə dəstək verə bilərik. Qızıl məsələsində biz ciddi şəkildə düşünməliyik. Ya da aidiyyəti dövlət qurumu bu məsələni gəlib Milli Məclisdə əsaslandırmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR