Dövlət büdcəsinə vergi daxilolmaları ötən il 7,4 mlrd. manata yaxın olub

Dövlət büdcəsinə vergi daxilolmaları ötən il 7,4 mlrd. manata yaxın olub
  • Clock-gray 12:24
  • calendar-gray 18 Yanvar 2021

Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: “Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var”.

Qeyd edək ki, 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7,7 mlrd. manata yaxın olub. 2021-ci ildə isə vergi daxilolmalarının 7,25 mlrd. manata çatacağı proqnozlaşdırılır.

Göründüyü kimi, ötən il dövlət büdcəsinə vergi daxilolmaları əvvəlki illə müqayisədə 3,9% azalıb.

Xatırladaq ki, Dövlət Vergi Xidmətinin xətti ilə 2021-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,3%-i və ya 5,67 mlrd. manatı qeyri-neft sektorunun,  21,7%-i və ya 1,58 mlrd. manatı neft sektorunun payına düşəcəyi güman edilir. 2020-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 5,4 mlrd. manat (75,1%) və 1,8 mlrd. manata (24,9%) bərabər olacağı gözlənilir.

Hüseyn Vəliyev

Digər xəbərlər