Elektron Kredit Platformasına 630 mln. manat dəyərində biznes kredit sifarişi daxil olub

Elektron Kredit Platformasına 630 mln. manat dəyərində biznes kredit sifarişi daxil olub
  • Clock-gray 17:48
  • calendar-gray 06 Avqust 2020

5 avqust tarixinədək Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən yeni biznes krediti sifarişi 630 mln. manat olan 2000-dən çox müraciət daxil olub. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq 98 müraciət üzrə ümumi həcmi 12,5 mln. manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

 

Hüseyn Vəliyev

Digər xəbərlər