"Fintex Summit" tədbirinin yeni tarixi açıqlanıb

"Fintex Summit" tədbirinin yeni tarixi açıqlanıb
# 25 dekabr 2020 11:11 (UTC +04:00)

Gələn ilin yanvarın 28-29-da “Bank və ödəniş ekosistemində yeni trendlər: İnnovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda onlyan “Fintex Summit” keçiriləcək.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) açıqlamasında deyilir.

“Sonsuz imkanlara malik virtual sammit özündə virtual auditoriya, virtual stendlər, virtual launc, netvörkinq və digər üstünlükləri birləşdirir. Kifayət qədər tarixə malik olan sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, məhsullar təqdim etdiyi, bir-birlərindən öyrəndiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut edib”, - məlumatda deyilir.

Tədbirdə “Maliyyə xidmətlərində gələcək risklər”, “Fintex: tərəfdaşlıq və əməkdaşlıq dövrü”,

“Ödəniş ekosistemi: dəyişən vərdişlər”, “Platforma bankçılığı və rəqəmsal ekosistemlər”, “Alternativ maliyyələşmə”, “Müştəri təcrübəsi: bankçılıq və fintexin dəyişən dünyası”, “Kibertəhlükəsizlik əvvəlkindən daha da vacibdir”, “Data: bankçılıq və fintexin gələcəyi”,

“Blokçeyn və rəqəmsal aktivlər” və s. mövzular ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammir tənzimləyici orqanın, bankların, fintexlərin, assosiasiyaların, beynəlxalq maliyyə təşkilatların, yerli səfirliklərin, akademik dairələrin, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR