“Fitch” Istanbulun reytinqini “BB-" səviyyəsində təsdiqləyib

“Fitch” Istanbulun reytinqini “BB-" səviyyəsində təsdiqləyib
# 04 aprel 2020 13:26 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi İstanbul meqapolisinin yerli və xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini "BB-“səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” təsdiqləyib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin bu səviyyədə təsdiq olunması şəhərin kredit ödəmə qabiliyyətinin stabil qalacağına dair “Fitch”in gözləntilərini əks etdirir, lakin COVİD-19 pandemiyası səbəbindən artan xərclər əməliyyat göstəricilərini azalda bilər.

Bundan əlavə, agentliyə görə, şəhərin şaxələndirilmiş vergi gəlir bazası aşağı volatilliyin əsas səbəblərindən biridir. Bu da öz növbəsində İstanbulu “Fitch”in 2020-2024-cü illərdə proqnozlaşdırdığı mümkün iqtisadi tənəzzüllərə qarşı davamlı edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR