"Fitch": Qızıl 1 200 dollaradək ucuzlaşa bilər

"Fitch": Qızıl 1 200 dollaradək ucuzlaşa bilər
# 25 fevral 2021 16:10 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qızılın 1 unsiyasının qiymətinin 2023-cü il üçün 1 200 ABŞ dollarına qədər enəcəyini proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, mərkəzi banklar tərəfindən edilən investisiya və alış səbəbindən artan tələb qızılın qiymətini 2021-2022-ci illərdə müvafiq olaraq 1 600 dollar və 1 400 dollar səviyyələrində saxlayacaq.

Qeyd edək ki, hazırda Nyu-York ticarət birjasının bölməsi olan "Comex"də qızılın 1 unsiyasının qiyməti 1 781,5 dollara bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR