"Ford"un xalis mənfəəti yanvar-sentyabrda 11% azalıb

"Ford"un xalis mənfəəti yanvar-sentyabrda 11% azalıb
  • Clock-gray 15:40
  • calendar-gray 29 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında ABŞ-ın avtomobil sənayesinin nəhəngi sayılan "Ford Motor Co"nun xalis mənfəəti 2019-cu ilə müqayisədə 11% azalaraq 1,509 mlrd. dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, bir səhm üzrə seyrəltilmiş mənfəət əvvəlki 0,43 dollardan 0,38 dollara düşüb. Eyni zamanda, şirkətin gəlirləri 21,5% azalaraq 91,192 mlrd. dollara bərabər olub.

Cari ilin III rübündə "Ford"un xalis mənfəəti illik ifadədə 5,6 dəfə artaraq 2,385 mlrd. dollara yüksəlib. Bir səhm üzrə seyrəltilmiş mənfəət 2019-cu ilin III rübündə qeydə alınmış 0,11 dollar qarşı 0,6 dollar olub. Şirkətin rüblük gəliri illik 1,3% artaraq 37,501 mlrd. dollar təşkil edib.

"Ford" şirkəti maliyyə vəziyyətinin və əməliyyat nəticələrinin pandemiya fonunda əlverişsiz olduğunu və ola biləcəyini söyləyir. "Bəyanatın hazırlanması zamanı gözlənilən və ya gözlənilənlərin doğru olacağına və ya həyata keçiriləcəyinə əmin ola bilmərik", - şirkətin açıqlamasında deyilir.

Proqnoz açıqlandıqdan sonra "Ford"un səhmləri ilkin ticarətdə 2,78% enib.

Xatırladaq ki, "Ford" konserni 1903-cü ildə Henri Ford tərəfindən təsis olunub.

APA-Economics

Digər xəbərlər