Hindistan iqtisadiyyatını 1952-ci ildə bəri ən kəskin resessiya gözləyir

Hindistan iqtisadiyyatını 1952-ci ildə bəri ən kəskin resessiya gözləyir
# 07 yanvar 2021 17:51 (UTC +04:00)

Bu ilin mart ayında bitən maliyyə ilində Hindistanın ÜDM-i 1952-ci ildə bəri ən kəskin azalma yaşayacağı gözlənilir – 7,7%.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu proqnoz Hindistan Statistika Nazirliyinin ölkə iqtisadiyyatının ilkin qiymətləndirməsində verilib.

İqtisadiyyatın kəskin azalmasının əsas səbəbi COVID-19 pandemiyası göstərilir. Dünya üzrə COVID-19-a yoluxma hallarının sayına görə Hindistan dünya ikincisidir (10,4 mln. çox yoluxma).

Lakin iqtisadçılar qeyd edir ki, aprelin 1-də başlayacaq növbəti maliyyə ilində ölkə iqtisadiyyatının vəziyyətə görə uyğunlaşdırılmış fiskal və monetar siyasətin hesabına bərpası gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR