İşsizlikdən Sığorta Fondu gələn il işsizlərə 13 mln. manat ödəyəcək

İşsizlikdən Sığorta Fondu gələn il işsizlərə 13 mln. manat ödəyəcək
# 24 dekabr 2020 11:40 (UTC +04:00)

İşsizlikdən Sığorta Fondunun növbəti il üzrə xərcləri 157,8 mln. manat olaraq nəzərdə tutulub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 2,3 dəfə, 2020-ci ilin göstəricisindən isə 4,3% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə " İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə bildirilir.

2021-ci ilin planına görə, özünüməşğulluq tədbirlərinin təşkili ümumi xərclərin ən böyük hissəsini – 43,6%-ni və ya 68 774,2 min manat təşkil edəcək. Bu göstəricinin 2020-ci ilin gözlənən məbləği ilə müqayisədə 12,6% azalacağı proqnozlaşdırılır.

Bundan əlavə, xərclərin mühüm bir hissəsi Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, DOST Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanmasına yönələcək. 2021-ci ildə bu istiqamətdə yönələn xərclərin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 2,3% azalaraq 41 994,9 min manat təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Fond tərəfindən 2021-ci ildə işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 30% artaraq 13 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR