"Lufthansa" Almaniyanın əsas fond indeksini tərk edir

"Lufthansa" Almaniyanın əsas fond indeksini tərk edir
# 05 iyun 2020 10:45 (UTC +04:00)

Almaniyanın "Lufthansa" aviaşirkəti ölkənin ən əhəmiyyətli fond indeksi olan DAX-ı tərk edir.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası fonunda sərnişin daşımalarının tam dayandırılmasından sonra şirkətin səhmlərinin qiymətinin kəskin azalması səbəbindən "Lufthansa" DAX-dan ayrılmalı olacaq və MDAX indeksi ilə birləşən ikinci dərəcəli qrupa qoşulacaq. Fevral ayının əvvəlindən bəri aviaşirkətin qiymətli kağızları 30%-dən çox dəyərdən düşüb və bir müddət hətta tarixi minimum zonasında idi.

Qeyd edək ki, "Qontigo" şirkətinə məxsus qlobal indeks provayderi "STOXX Ltd" 22 iyun 2020-ci tarixində qüvvəyə minəcək DAX indekslər ailəsinə dəyişiklik elan edib. Sürətli çıxış qaydasına əsasən, "Deutsche Wohnen SE"nin səhmləri DAX-a daxil edilərək "Deutsche Lufthansa"nın səhmlərini əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR