Maska istehsalı üçün kimyəvi iplər idxal gömrük rüsumundan azad edilib

Maska istehsalı üçün kimyəvi iplər idxal gömrük rüsumundan azad edilib
  • Clock-gray 21:43
  • calendar-gray 25 Mart 2020

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, tibbi maskaların istehsalında istifadə edilən səthi sıxlığı 25 q / m2-dən çox, lakin 70 q / m2-dən çox olmayan kimyəvi iplər və səthi sıxlığı 70 q / m2-dən çox, lakin 150 q / m2-dən çox olmayan kimyəvi iplər 15 faiz idxal gömrük rüsumundan azad edilib.

 

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər