Nazir: “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır”

Nazir: “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır”
  • Clock-gray 17:39
  • calendar-gray 04 Avqust 2020

“İqtisadi proqnozla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən ssenarilər təqdim olunub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari ilin dövlət büdcəsinin dürüstləşməsi ilə bağlı məsələləri proqnozlaşdırmaq bir qədər rahat idi.

“Yadınızdadırsa, aprel-may aylarında neftin qiyməti 13-20 dollar arasında dəyişirdi. Təklif tələbi həmin dövrdə kəskin surətdə üstələmişdi. Sonra neft bazarında ticarət müharibəsi səngiməyə başladı. Bunun nəticəsidir ki, neft qiymətlərinin sabitləşməsi prosesi başladı. Lakin bununla belə, İqtisadiyyat Nazirliyi tərəfindən 35 dollar ssenarisi əsas götürülüb. Bu, kifayət qədər əsaslıdır və güman edirik ki, özünü doğruldacaq”, - deyə S. Şərifov vurğulayıb.

Firuzə Vahid

Digər xəbərlər